“Azərbaycanla dövlər sərhədimiz MDB sənədləri əsasında rəsmiləşdirməlidirlər” - Alen Simonyan

 13:29 28.10.2022     371

“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədləri əsasında aparılmalıdır”.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Səmərqənddə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclasında bildirib.

O, Ermənistanın regionda tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışdığını deyib:

"Hesab edirik ki, sərhədin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədlərinə (bunlara əsasən, sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında, o cümlədən Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinə çevrilib) əsaslanmalıdır”.

Həmidə İbrahimova