Kremldən Paşinyanın sülhməramlılarla bağlı istəyinə REAKSİYA

 14:12 29.10.2022     429

Kreml Soçidə keçirləcək Rusiya-Ermənistan-Azərbaycan liderlərinin üçtərəfli görüşündə Qarabağdakı sülhməramlıların mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə suala cavab verib.

Redaktor.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, “görüşün özünü gözləmək lazımdır”.

Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü açıqlamasında deyib ki, Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazırdı və Soçidə belə bir sənəd imzalana bilər. Bununla yanaşı, Paşinyan şərtləri Rusiyanın müəyyən etməli olduğunu da qeyd edib.

Oktyabrın 31-də Soçidə Qarabağ məsələsi ilə bağlı Rusiya-Ermənistan-Azərbaycan sammiti keçiriləcək. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri də planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən