"Bütün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi hesab edir" - Paşinyan

 16:43 29.10.2022     448

Ermənistanın baş naziri Nikol Paşinyan bütün beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini etiraf edib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, o, bu barədə bu gün Vətəndaş Müqaviləsi Partiyasının VI qurultayında danışıb.

"Beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən ölkə varsa, bunu açıq desinlər, heç kim vəziyyətin fərqli olduğu görüntüsü yaratmasın", - Paşinyan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən