Azərbaycan Cənubi Koreyaya başsağlığı verdi

 11:35 30.10.2022     411

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

We are deeply saddened by loss of lives during the tragic stampede in #Seoul, Republic of Korea. We express our condolences to the Government and people of Korea. We wish for a quick recovery to all those who were injured. @MOFAkr_eng

— MFA Azerbaijan (@AzerbaijanMFA) October 30, 2022