İlham Əliyev Soçiyə getdi - VİDEO
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Putin, İlham Əliyev və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, sabitliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirməyi planlaşdırırlar.












