“Bakı ilə İrəvan arasında münaqişəyə nə vaxtsa son qoyulmalıdır” - Putin

 15:51 31.10.2022     410

“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.

Redaktor.az "Vesti.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir.

“Bakı və İrəvan arasında problem artıq uzun illərdir davam edir, nə vaxtsa buna son qoymaq lazımdır. Bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var. Biz bunu dəstəkləyirik. Nəqliyyat kommunikasiyalarının açılması həmçinin iqtisadiyyat və sosial sahənin inkişafı ilə əlaqədardır. Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir. 

Bu bizim üçün xüsusi vəziyyətdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, - deyə görüşdə V.Putin bildirib.

Öz növbəsində görüşdə Nikol Paşinyan bildirib ki, Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üzrə Rusiya layihəsinin təklif etdiyi yanaşma İrəvan üçün qəbulediləndir.

“Delimitasiya üzrə işlərin başlanmasından əvvəl iki ölkənin sərhədində təhlükəsizliyin artırılması lazımdır”, - deyə N.Paşinyan bildirib.

Paşinyan həmçinin əlavə edib ki, Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən