Bayden telefonda Zelenskiyə qışqırıb

 17:53 31.10.2022     456

Bayden telefon söhbəti zamanı əsəbləşib Zelenskiyə qışqırıb.

Redaktor.az xəbər verir ki, "NBC News" kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri ukraynalı həmkarına Kiyevə 1 milyard dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqlədiyini deyib. Lakin buna cavab olaraq Zelenski Ukraynanın Qərb ölkələrindən gözlədiyi, lakin almadığı yardımlardan bəhs edərkiən Bayden özünü saxlaya bilməyib:

“Bayden əsəbləşib özündən çıxdı və Zelenskiyə bərkdən qışqıraraq dedi:"Amerika xalqı kifayət qədər səxavətlidir, ölkə rəhbərliyi və ABŞ ordusu Ukraynaya kömək etmək üçün çox çalışır. Bir az da olsa minnətdarlıq etməlisiniz”", deyə məlumatda qeyd olunub

Məlumatda o da bildirilib ki, Zelenski həmin gün Vaşinqtonun köməyini yüksək qiymətləndirərək Baydenə təşəkkür etdi. Bundan sonra ABŞ və Ukrayna liderləri arasında münasibətlər yaxşılaşıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən