Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının iclası keçiriləcək

 11:59 02.11.2022     275

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən