"İranın məqsədi Azərbaycanda qarışıqlıq salmaq, terror həyata keçirməkdir" - Deputat Arzu Nağıyev
“DTX-nın İranda xüsusi təlim keçmiş silahlı dəstə ilə bağlı keçirdiyi əməliyyat çox təqdirəlayiq bir əməliyyatdır. Bununla da bir daha göstərdi ki, DTX, eyni zamanda xüsusi xidmət orqanları əməliyyat şəraitinə tam nəzarət edir.”
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanının Azərbaycan vətəndaşlarından ibarət yaratdığı qanunsuz silahlı dəstəni ifşa etməsinə münasibət bildirərkən deyib.
O, vurğlayıb ki, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı hər hansı bir təhdid zamanı mütləq şəkildə qarşısında Azərbaycanın hüquq mühafizə orqanlarını, xüsusi xidmət orqanlarını görəcəklər.
"Onların əsas məramları, məqsədi Azərbaycanda qarışıqlıq salmaq, silahlı qruplaşmalar yaratmaq, terror həyata keçirməkdir. Bu dəstələrin qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edir. Özü də indiki bir zamanda, hansı ki, regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycan ciddi addımlar atır. Lakin bunun qarşısını almağa çalışan istər İran xüsusi xidmət orqanları, istərsə də Ermənistan xüsusi xidmət orqanları, onların birgə tandemi bir daha gördülər ki, kifayət qədər materiallarmız var, kifayət qədər əlimizdə əsaslar var ki, bu təhdidlərin qarşısın alsınlar. Eyni zamanda, təbliğat xarakterli materialların Azərbaycana gətirilərək yayılması, bunun qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Yəni bu gün haradasa gedib xarici xüsusi xidmət orqanlarının təlimatçıları vasitəsilə müxtəlif təlimlər keçən və sonradan Azərbaycana göndərilərək Azərbaycana qarşı təhdidlə məşğul ola biləcək o şəxslərin bu gün həbsi bir daha göstərir ki, bu şəxslər var. Qaçıb gizlənənlər, eyni zamanda bu məsələlərdən yayınanlar, hələ ki, sakit durub kənardan idarə edənlər bunlarda bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycan dövlətinə, dövlətçiliyə, cənab prezitendin apardığı siyasətə qarşı hər hansı bir atılacaq addımın qarşısı yüksək peşəkarlıqla alınacaqdır. Düşünürəm ki, bu çox mühüm əhəmiyyət kəsb edən əməliyyatdır", - deyə Arzu Nağıyev bildirdi.
Həmidə İbrahimova












