"Güney Azərbaycan yaxın illərdə müstəqilliyinə qovuşacaq" - Cahandar Bayoğlu

 14:55 02.11.2022     509

“Bu gün Güney Azərbaycanın İran əsarətindən azad olma şansı yaranıb. Əslində hesab edirəm, bu ifadəni belə səsləndirsək daha doğru olar ki, artıq Güney Azərbaycanın İrandan azad olma yolu açıq görünür”.

Bu sözləri Redaktor.az-a son günlər Güney Azərbaycanda İran əsarətinə qarşı çıxan soydaşlarımızın keçirdiyi çoxsaylı aksiyalar barədə danışan Turan partiyasının başqanı Cahandar Bayoğlu deyib:

“Təbii ki, həm beynəlxalq təzyiq, həm də böyük kütlənin maraq dairəsində olan aşkar proses kimi  Azərbaycan türklərinin azadlığa olan marağı, Azərbaycanla Türkiyə Cümhuriyyət kimi bölgədə iki güclü dövlətin millətini sahiblənmə zamanının gəldiyi bir dönəmdən keçir. Bu iki şərt Azərbaycanımızın Güneyinin İran olmasından çıxmasını və Azərbaycan olmasını şərtləndirir. Biz hesab edir ki, Azərbaycanımızın Güneyi özünün müstəqilliyinə yaxın illərdə qovuşacaq."

Partiya başqanı onu da qeyd etdi ki, bölgədə üç böyük türk dövləti yaranacaq:

“İki böyük türk dövləti var və biri də yarananacaq. Sonra Azərbaycan Respublikası, paytaxtı Tehran olan Güney Azərbaycan Türk Cümhuriyyəti və Türkiyə Cümhuriyyəti bir konfedrasiyada birləşib cəmiyyətlərimizin  inteqrasiyasını, ortaq dəyərlərin qorunmasını və ortaq problemlərin çözülməsini həyata keçirəcək. Hesab edirəm, bu konfedrasiya həm də ona görə vacib olacaq ki, Azərbaycan və Türkiyə Cümhuriyyəti yeni yarananacaq  Güney Azərbaycan Türk Cümhuriyyətinin iqtisadi yüksəlişini və siyasi gücünün artmasını, hərbi-müdafiə məsələlərinin daha tez həll olunmasını həyata keçirəcək. Bu birlik digər türk cümhuriyyətlərinin daha tez inteqrasiyasını həyata keçirəcək. Əsarətdə olan bütün türk yurdalarında olan qardaşlarımızın azad olmasına böyük bir təkan verəcək.”

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən