"Xüsusi təyinatlılarımız İrana yerini göstərdi ki, özünüzü nəsə saymayın" - Aqil Abbas

 13:58 03.11.2022     724

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Təlimlərə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir.

Qeyd edək ki, bundan bir qədər əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib. Bu isə Azərbaycanda böyük narazılıqla qarşılanıb.

Bəs, Azərbaycan xüsusi təyinatlılarının İranla sərhəddə hərbi təlimlərə başlamasını İrana cavab kimi qiymətləndirmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, bu, təbii ki, İrana cavabdır.

“Onlar ora ordularını yığıb gətirmişdilər. Bizimkilərdən yalnız xüsusi təyinanatlılar, hərbi hava qüvvələri gedib. Onlara cavab da demək olar, həm də  Azərbaycan ərazisidir və bizim hərbi qüvvələrimiz istədiyi yerdə təlim keçirə bilər. Mən bunu cavab kimi qiymətləndirirəm. Yəni, özünüzü çox da göylə aparmayın, biz də buyuq. Lazım gəlsə, panton körpü ata bilərik, biz də Arazdan o tərəfə keçə bilərik. Onlar gövdə göstərirdilər, ona cavab olaraq biz də gövdə göstəririk. Özü də Hikmət Mirzəyevin rəhbərliyi ilə edirik. Onlara yerlərini göstərdik ki, oturun yerinizdə, özünüzü nəsə saymayın. Biz də varıq və göstəririk", - deyə millət vəkili vurğuladı.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən