NATO-dan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı AÇIQLAMA
"NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir".
Redaktor.az-ın məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina tviterdə yazıb.
"Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir. Bu bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır. Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndiririk", - deyə o, qeyd edib.
T.İSMAYIL












