Azərbaycan Beynəlxalq yük daşınması ilə bağlı Konvensiyanın Əlavə Protokoluna qoşuldu

 14:40 04.11.2022     91

Prezident İlham Əliyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə qanunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bununla da, Azərbaycan 20 fevral 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində imzalanmış Əlavə Protokola ona dair qeyd-şərti ilə qoşulub.