“Azərbaycan və Ermənistan sülhə çox yaxınlaşıb” - Politoloq

 20:22 04.11.2022     446

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi çox normaldır və hətta da vacibdir. Lakin Sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın və Qərbin öz planı var. Burada hətta Qərbin iki planı var. Putin birini Vaşinqton, digərini Brüssel planı adlandırırdı. Amma əslində Vaşinqton planı deyilən anlayış yoxdur. Onlar da  prinsipial olaraq Brüsseli dəstəkləməkdədilər. Sadəcə olaraq bu məsələnin mahiyyəti ondan ibarətdir ki, Soçidən dərhal sonra hər iki tərəf arasında Azərbaycan və Ermənistan sülhə çox  yaxınlaşıb. Bunu qəbul edək.”

Redaktor.az xəbər verir ki, bu sözləri  bu günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsinə münasibət bildirən politoloq Əziz Əlibəyli deyib.

“Prezident İlham Əliyevin Soçidə Putin və Paşinyanla üçtərəfli görüşündə də yeni elementlər var idi. O elementlərdən biri Qarabağdakı ermənilərin Xankəndidəki mitinqində guya 50 min nəfərin iştirka etməsi idi. Guya burada xalq yaşayır. Onların öz müqəddəratını təyin etməsi məsələsi və yaxud sülhməramlıların fəaliyyət müddətinin uzadılması kimi məsələlər meydana  çıxır. Yəni bu cür faktlar var. 

Və bir də Zəngəzur məsələsi. Putin dərhal dedi ki, sülhməramlıların fəaliyyətinin dərhal uzadılması məsələsi deyil. Burda nədir lazım olan? Birincisi, Soçi görüşünün yekun bəyanatında ilk dəfə olaraq sülhməramlıların məsuliyyət zonası kimi "Dağlıq Qarabağ" ifadəsi işlənilmədi. İkincisi, Putin bu barədə Valday Beynəlxalq Valday Diskussiya Klubunda çıxışı zamanı bu barədə suala cavab verərkən dedi ki,  dedi ki, öncə Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya məsələsi həllini tapmalıdır. Sonra sülhməramlıların məsələsi gündəmə gəlməlidir. Bu da o deməkdir ki, sonuncu Praqa görüşündən sonra Avropa ittifaqı Ermənistana müşshidə missiyası göndərdi. Bu əslində Rusiyanın Ermənistandan sıxışdırılma prosesidir. Çünki 40 nəfər adı altında göndərilmiş nümayəndə heyətinin sayı 400 nəfərə qalxdı. Sonra ona MİNSK qrupunun müşahidə şurası əlavə olundu, hansı ki, bu tək tərəfli baş verir. Yəni Azərbaycan bu proseslərdə iştirak etmir. Bunu Ermənistan tərəfi edib. Rusiya Paşinyanın vasitəsilə Qərbin Ukrayna müharibəsi gedişində gəlib Ermənistanda olmasının qarşısını almağa çalışırdı. Və sülhməramlı məsələlərini də ona görə də yekun sənədə o formada qəbul etdirdi.”,- deyo politoloq bildirdi.

Əziz Əlibəyli onu da qeyd etdi ki, Paşinyan Azərbaycanın son müharibə daxil olmaqla nəzarət altına aldığı 137 kv.km ərazini və ordumuzun o bölgədədn çıxarılmasını gündəmə gətirmək istəsə də, alınmadı:

“Rusiyada bu məsələlər qapadıldı. Dərhal sonra həmin təşəbbüs Vaşinqtona keçdi. İndi Vaşinqton nə edəcək? Vaşinqton düşünür ki, Qarabağ məsələsin birdəfəlik bitirmək lazımdır. Və Vaşinqtonun arqumentidir ki, Qarabağı Paşinyan Azərbaycan və Rusiya arasında problem kimi təqdim etmək niyyətindədir. İkincisi Vaşinqton belə bir sülh müqaviləsini imzalayacağı təqdirdə Paşinyana həm təşkilati, həm də maliyyə dəstəyi vermiş olacaq. Bilirik ki, Ermənistanı xaricdəki erməni lobbisi idarə edir. Ermənistanın özünün büdcəsi yoxdur, xüricdən göndərilən ianələr hesabına formalaşır. Xaricdəki milyarderlərin vasitəsilə bunların hamısı baş verir. Yəni bu o deməkdir ki, onun hakimiyyətdə qalmağını təmin etmək mümkündür. Və Azərbaycanın da şərtlərini dəstəkləyirlər. Çünki Azərbaycan indiki şəraitdə Qərbin əsas enerji müttəfiqidir. Bu mənada Vaşinqton o görüşlərin təkrar Qərb raundunda sülh müqaviləsinə getməsini istəyir. Burada Rusiyanın varlığının və təsir imkanlarını minimallaşdırmaq üçün belə bir məsələni, mexanizmi seçirlər. İndi Azərbaycanın beş baza prinsipi var. Prezident İlham Əliyev bütün görüşlərdə Azərbaycanın şərtlərini konkret şəkildə deyib. Moskvada da, Brüsseldə də, Soçidə də, Vaşinqtonda da konkret dedi ki, Qarabağ məsələsi iki il əvvəl bitib, Zəngəzur dəhlizi açılmalıdır. Ölkələr bir-birinə qarşı ərazi iddiasını başa çatdırmalıdır. Azərbaycanın itirilmiş, girov düşmüş, yox olmuş vətəndaşlarının- 5000 nəfərin taleyinə aydınlıq gətirilməlidir. Azərbaycana dəyən zərər kompensasiya edilməlidir.”

Həmidə İbrahimova