"Azərbaycan və Türkiyə arasında müttəfiqlik bütün sahələrdə inkişaf edir" Baş nazir

 16:08 05.11.2022     318

"Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır: "Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Bu gün Azərbaycanın müqəddəs şəhəri sayılan Şuşa şəhərini ziyarət etdik".

Vumart və Güvən reklamı Vumart Güvən