Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

 19:23 06.11.2022     158

Gələn həftə Avropa İttifaqı (Aİ) Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təsdiqləyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat yayıb.

“Prezident Volodimir Zelenski ilə telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik”, - deyə Lyayen bildirib.