Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

 09:30 08.11.2022     86

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə müdafiə nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az-ın xəbərinə görə, hərbiçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.