ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun tərəfdarıdır - Blinken
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır, bu Dağlıq Qarabağ münaqişəsinin həlli və Bakı ilə İrəvan arasında sülhün açarıdır.
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli görüşü açan ABŞ dövlət katibi Entoni Blinken deyib.
“ABŞ həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi müstəqilliyini qətiyyətlə dəstəkləyir”,- deyə dövlət katibi qeyd edib.
ABŞ xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin belə ağır nəticələrinin olmasından təəssüfləndiyini bildirib.
Nərmin VÜQARQIZI












