Prezidentin köməkçisi Şuşadan danışarkən kövrəldi - VİDEO

 12:50 08.11.2022     349

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşanın işğal illərindən danışarkən kövrəlib.

Redaktor.az xəbər verir ki, Türkiyə keçirilən “Qarabağ Zəfəri” adlı konfransa qatılan H.Hacıyev çıxışı zamanı Şuşanın işğalına da toxunub.

“Hər bir azərbaycanlı kimi işğaldan danışanda kövrəlməmək mümkün deyil. 1992-ci ildə Şuşa işğal olunanda bəzilərimiz azyaşlı idik. Bu illər ərzində azərbaycanlılar Şuşanı görmədən sevib. 30 il ərzində düşünürdük ki, biz nə zamamsa, Şuşaya qayıdacağıq. Allaha şükürlər olsun ki, liderimiz, ordumuz sayəsində bu günü Azərbaycan xalqı Zəfər günü kimi qeyd edir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən