Vardanyan Xankəndidə özünə komanda formalaşdırır - ADLAR

 13:00 08.11.2022     139

Noyabrın 5-də Qarabağ separatçılarının “dövlət naziri” kimi qondarma vəzifənin icrasına başlayan Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Xankəndidə özünə komanda formalaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Vardanyanın özü Telegram kanalında bildirib.

O qeyd edib ki, komandasına keçmiş separatçıların “dövlət nazirləri” Artak Beqlaryan və Qriqori Martirosyan, “Artsaxın keçmiş mədəniyyət və təhsil naziri” Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Hakobcanyan müşavir kimi daxil olacaqlar.

Ruben Vardanyan komanda işini özlərinə prioritet məqsəd qoyan və buna nail olmaq üçün hər şeyi etməyə hazır olan belə insanların komandasına cəlb olunmasını son dərəcə vacib hesab edir.

Vardanyanın yaxın günlərdə separatçıların “hökumətində” yeni təyinatalara imza atacağı gözlənilir.