Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı

 13:20 08.11.2022     309

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyi məlumat yayıb.

Bildiirlib ki, Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən