Zəlimxan Məmmədli partiyadan istefa verənlər barədə: "Ədəb ərkanı qorumaq ərdəmli insanların işidir"

 15:20 08.11.2022     356

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov bundan sonra Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəyini bəyan etdi.

“Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir. Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir. Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir. O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik",- o, partiyanın iclasında deyib.

Uzun illər iqtidara kəskin düşmənçiliyi ilə seçilən keçmiş səhiyyə nazirinin siyasi fəaliyyətində "u" dönüşü etməsi  həm cəmiyyətdə, həm də rəhbərlik etdiyi partiyada böyük təəccübə səbəb oldu. Hətta Haqq və Ədalət Partiyasının rəhbərliyində təçsil olunan bir çox tanınmış siyasətçilər istefaları ilə sədrin bu rərarına öz etirazlarını bildirdilər.

Az sonra Əli İnsanovun vaxtilə yaradılmasında yaxından iştirak etdiyi Yeni Azərbaycan Partiyasına qayıtmaq üçün müraciət etdiyi barədə xəbər yayıldı. Deyilənə görə, uzun illər səhiyyə naziri kimi iqtidarda təmsil olunan Ə.İnsanov YAP-a qayıtmaq üçün bəzi deputatlarla danışıqlar aparır.

Bütün bu məsələlər barədə Redaktor.az-a açıqlama verən Haqq və Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirdi ki. Ə.İnsanov İdarə Heyətinin qərarıni elan edib və əsaslandırıb:

"Bu doğru qərardır və indiki zamanda millətimizin və dövlətimizin maraqlarına hesablanıb. Millətin və dövlətin maraqları olan yerdə firqə marağımiz ola bilməz. Bu gün Azərbaycanı sarmıs düsmən torundan itkisiz qurtarmaq üçun siyasi uzlaşma, konsalidasiya çox vacibdir. Bu vacib və cəsarət tələb edən qərarı biz vermişik".

Z.Məmmədli partiya funksionerlərinin sədrin qərarına etira olaraq istefa vermələrinə də toxunaraq qeyd etdi ki, istefa və ya üzv olmaq hər kəsin hüququdur: "Ədəb ərkanı qorumaq isə ərdəmli insanların işidir".

Söhbət əsnasında HƏP funsksioneri son günlər Ə.İnsanovun YAP-a qayıtmaq üçün bu partiyadan olan deputatlarla danışıqlar aparması barədə yayılan xəbərləri təkzib etdi.

"Bunlar şayiədən başqa bir şey deyil. HƏP monolit partiyadır.otdir, bu ciddi prosesdə də vahid komanda olaraq iştirak edəcək".

Xatırladaq ki, Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunurdu. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaradıb.

İltifat Hacıxanoğlu

Vumart və Güvən reklamı Vumart Güvən