"Türk dünyasını gələcəyə hazırlayırıq" - Çavuşoğlu

 10:57 09.11.2022     333

"Türk dünyasını gələcəyə hazırlayırıq".

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, türk dünyası hazırda beynəlxalq aləmdə baş verən proseslərə etinasız yanaşmamalıdır: "Dünyanın hər yerində problem var. Həmrəy olandan sonra bütün problemlərin öhdəsindən gələrik. Necə deyərlər, güc birlikdədir".

Türkiyəli nazirin sözlərinə görə, Qazaxıstanla Türkiyə arasında əlaqələr inkişaf edir.

Çavuşoğlu eyni zamanda vurğulayıb ki, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli platforması yaradılıb.

Nazir türk dövlətlərini terrorla birgə mübarizə aparmağa çağırıb.

“FETO terror təşkilatı təkcə Türkiyə üçün yox, mövcud olduğu bütün ölkələr üçün təhlükədir. Onların nə qədər hiyləgər olduğunu bilirik. Ona görə də birgə mübarizənin vacibliyi ilə bağlı xəbərdarlıq etmək istəyirəm”, - deyə Çavuşoğlu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən