Putin İrəvana gələcək

 09:43 10.11.2022     377

Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda İrəvana gələcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə V.Putin dünən Ermənistanın baş naziri Nikol Paşinyanla  telefon  danışığı zamanı müzakirə aparıb.

Liderlər Rusiya prezidentinin noyabrın 22-də Ermənistana səfərinin gündəliyini müzakirə ediblər.

Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən