“Rusiya Ukraynada məğlub olur”- Politoloq

 16:54 10.11.2022     419

“Rusiyanın geriyə addımları əvvəlcədən inşa etdiyi ideoloji baxışla üst-üstə düşmür. Əgər onun ideoloji məğlubiyyətinə gətirib çıxaracaqsa, belə blef olunmaz. Rusiyanın ideologiya marşı, təbliğat marşı sındırıldı”.

Redaktor.az xəbər verir ki, bu fikiləri politoloq Əziz Əlibəyli Rusiya ordusunun Ukraynanın Xerson vilayətindən geri çəkilməsini şərh edərkən bildirib.

Onun fikrincə, Rusiya yenidən 300 min nəfəri daxili səfərbərliklə göndərirsə və geriyə çəkilmə prosesini edirsə, bunun məntiqini anlamaq bir az çətindir.

"Əgər Rusiya demarş edəcəksə, bəlkə bunun müqabilində Belarus cəbhəsini açıb, Kiyevə daxil olub oranı işğal edəcək. Yəni bunu hardasa anlamaq olar. Amma düşünürəm ki, indiki məqamda Rusiyanın bu cür yanaşması çox ciddi problemdir. Rusiyanın digər cəbhələrində də əsgərlərin əhval-ruhiyyəsinə mənfi təsir göstərməsi və Rusiya hərb marşının, ideoloji baxışlarının sındırılması, bu nəticəyə gətirib çıxarması çox yanlış bir yanaşmadır. Amma mən şübhəliliyi kənara qoyuram. Ukrayna öz torpaqları uğrunda savaşır və belə bir nəticəni əldə etməsi normaldır. Qərbin də silah arseanlını arxasına alıb, qalib gəlmək üçün də bütün fiziki, mənəvi, hərbi imkanları da təmin etmiş durumdadır. Bu mənada mən artıq burada blef görə bilmirəm. Məntiqi reallıq və ardıcıllıq görürəm. Ukrayna proseslərinin gedişatını dəyişdirən HIMARS silahları idi. Sonrası isə davamlı şəkildə hərbi yardımlar və daha yüksək profilli silahların verilməsi oldu. Məsələnin mahiyyət budur. Yəni Rusiya məğlub olur və geri çəkilməkdədir", - deyə Ə.Əlibəyli qeyd edib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən