4 komitə büdcə müzakirəsinə  TOPLAŞDI

 11:23 11.11.2022     449

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi yenidən müzakirə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə olunur.

İclasa parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edir.

İclasda maliyyə naziri Samir Şərifov və digər dövlət qurumlarının üzvləri də iştirak edirlər.