Fransa Senatının ermənipərəst qətnamə layihəsinin əleyhinə 110 min nəfər imza atıb - XİN

Azərbaycanlıların Fransa Senatının ermənipərəst qətnamə layihəsinə cavab olaraq hazırladığı petisiyanı 110 000-ə yaxın şəxs imzalayıb.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur.
"Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olub və onun əleyhinə nüfuzlu "Mesopinions.com" petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir", - deyə A.Hacızadə qeyd edib.