"Təbriz Azərbaycandır!" - İTV-nin aparıcısından İrana möhtəşəm cavab

 21:00 13.11.2022     666

İranın "Səhər" kanalında bir neçə gün əvvəl yayımlanan "Səhər selamı” adlı proqramda aparıcıların sanki İrana məxsus şəhərlərə salam göndərirmişcəsinə şəhərlərimizin adını sadalaması, xüsusən də Naxçıvanı İranın tərkibi kimi göstərməklə yeni təxribata əl atması cavabsız qalmadı. 

Redaktor.az xəbər verir ki, İctimai Televiziyada canlı yayımlanan "Yekun Xəbər" verilişinin aparıcısı Nigar Sabirqızının çıxışında İranın molla rejiminin ideologiyası ilə manqurtlaşan "Səhər selamı”nın aparıcılarının ölkəmizlə bağlı sərsəmləməsinə əla cavab verilib.

Dünyanın hər yerində yayımlanan kanalın 100 milyonluq tamaşaçısı qarşısında N.Sabirqızının "Təbriz Azərbaycandır!" söyləməsi həqiqətən qüruruverici idi.

Həmin görüntüləri  təqdim edirik: 

Tunar Altunbay