"İstanbuldakı terror seçki ərəfəsində Ərdoğan hakimiyyətinə mesaj idi" - Politoloq

 18:20 14.11.2022     398

“Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasından yola çıxsaq, yəni "ABŞ-ın başsağlığı mesajını qəbul etmirik" ifadəsi bizim üçün kifayət qədər ipucları verir".

Redaktor.az xəbər verir ki, bu sözləri dünən Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsinə münasibət bildirən politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu hadisə PKK - ASALA işbirliyi kimi görünür.

"Əgər Süleyman Soylu ABŞ məsələsini ortaya atıbsa, biz bunları bilməliyik;

1. Türkiyə seçkilərə doğru gedir.

2. Rusiya-Ukrayna məsələsibdə Türkiyənin mövqeyi.

3. İranda baş verən proseslər vətəndaş müharibəsi həddinə çatıb və burada Türkiyənin mövqeyi.

Bunlar hamısı bir pazlın müxtəlif hissəciklərdir və onları yığıb toparlamaq lazımdır. Toparlayanda biz görürük ki, 6 ildən sonra yenə də PKK terrora əl atdı. Və dərhal da PKK anlayışının üstündə dayanmırıq. Çünki onlar əmri Amerikadan və Qərbin müxtəlif dairələrindən alır. Fransa da daxil olmaqla hər kəs PKK-ya yardım göstərir.”

Politoloq onu da bildirdi ki, bu terrorun cavabı qəti şəkildə veriləcək.

“Süleyman Soylu Kobanini göstərərək təlimatın ordan gəldiyini dedi. Kobani ərəb dilində “Ayn əl ərəb” adlı keçmiş Türk-Van bölgəsidir. Sonra Suriya prosesləri başlayanda Suriyanın PKK-sı, yəni YPG İŞİD-dən bu bölgəni geri aldı və burada yerləşdilər. Adını da Kobani qoydular. Bu bölgə Suriya ərazisidir. Xəritəyə baxsaq görəcəyik ki, Türkiyənin coğrafi ərazisi qərbdən şərqə doğru uzanmış istiqamətdə İraq, Suriya və İranla sərhəddir. 2016-cı ildən Suriya ərazisində həyata keçirdiyi Fırat kalkanı", "Zeytin dalı" əməliyyatları kürd dövləti yaradılması ideyasını dağıtmaq üçün idi. Bu xətti Türkiyə o əməliyyatlarla parçaladı. İndi Kobani deməsi, PKK-nın adının gündəmə gəlməsi və terrorçunun Suriyadan olması o deməkdir ki, Türkiyə yenidən Kobani istiqamətində əməliyyata başlaya bilər. Bu əməliyyata vaxilə beynəlxalq güclər imkan vermədi. Digər tərəfdən Ukrayna - Rusiya müharibəsi təsir etdi. Yəni müxtəlif formada təsirlər var idi ki, bunu dərhal reallaşdırmaq mümkün olmadı. Türkiyə Kobanini göstərməklə artıq çoxdan gözlənilən əməliyyatı həyata keçirə bilər. Biz bunu görəcəyik. Ona görə də, İstanbuldakı terror bir növ Türkiyəyə mesaj idi ki, planlarından məlumatımız var. Həm də Türkiyəni bu terrorla sabitsizliyə çəkmək istəyirlər. İstanbuldakı terror seçki ərəfəsində Ərdoğan hakimiyyətinə mesaj idi”,- deyə Ə.Əlibəyli əlavə etdi

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən