“Rusiyanın təklif etdiyi sülh müqaviləsi Bakı ilə danışıqlar üçün əsas ola bilər” - Paşinyan

 19:57 14.11.2022     182

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.

Tunar Altunbay