İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət etdi

 17:31 15.11.2022     259

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üç metrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlət başçısı şəhərin mənzərəsini seyr edib.

Prezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edibPrezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edibPrezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edibPrezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edibPrezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib