Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi

 21:00 15.11.2022     227

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Redaktor.az xəbər verir ki, sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Ümumilikdə 348 senatordan ibarət Senatın bugünkü iclasında 332 nəfər olub ki, onlardan səsvermədə 296-sı iştirak edib. Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 nəfər səs verib.

“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, - sənəddə deyilir.

Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.