"Fransa bununla kiçik bacısı Ermənistanın yanında olduğunu göstərdi" - Deputat

 13:15 16.11.2022     468

“Fransa vətən müharibəsində bölgədə aktiv rol oynamağa səy göstərdi. Amma bu alınmadı. Vətən müharibəsində qələbədən sonra Fransa yenidən bölgədə fəallaşmağa, özünü bir başqası kimi təqdim etməyə çalışır.”

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Fransa Senatının Azərbaycan əleyhinə  qətnamə qəbul etməsinə münasiət bildirərkən dedi:

Eyni zamanda bu qətnamənin qəbulu ilə Azərbaycana təzyiq etməyə və ölkəmizi hazırkı haqq yolundan çəkindirməyə çalışır. Fransa bununla özünün kiçik bacısı Ermənistanın yanında olduğunu göstərir. Makron və əlaltıları bununla da Senatın fransızların deyil, daha çox Fransada yaşayan ermənilərin Senatı olduğunu bir daha sübut etdilər. Bu da onu göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə heç bir vəchlə vasitəçi ola bilməz.”

Millət vəkilinin sözlərinə görə, Fransanın bu addımı bölgədə sabitliyi pozmaq, iki ölkə arasında həyata keçirilən danışıqlara mane olmaq məqsədi güdür.

“Ona görə Fransa bu əməllərinə son qoymalıdır. Senatın bu qərarı həmçinin beynəlxalq hüquqa, BMT-nin təhlükəsizlik şurasının qətnamələrinə ziddir. Həmin qətnamələrdə açıq şəkildə göstərilib ki, Azərbaycan torpaqları işğal olunub. Belə çıxır ki, Fransa dövləti, Senatı beynəlxalq hüququ da heçə sayır və saymazyana münasibət sərgiləyir”,- deyə sonda millət vəkili əlavə etdi.

Həmidə İbrahimova