Bu qətnamənin heç bir qüvvəsi yoxdur - Fransalı senator

 13:38 16.11.2022     101

"Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur".

Redaktor.az xəbər verir ki, bunu report-a Fransa Senatının üzvü Natali Qule bildirib.

"Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib", - qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.

Senator Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsinin olmadığını bildirib: "Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil."