İsraildə Azərbaycan səfirliyinin açılması TƏSDİQLƏNDİ - YENİLƏNİB

 12:58 18.11.2022     790

Milli Məclis Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.

Redaktor.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihələr barədə qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdəə yerləşəcək.

***

Azərbaycan İsraildə səfirlik açır.

Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən