İsrailin Baş naziri Azərbaycanın qərarını ALQIŞLADI

 15:47 18.11.2022     651

"Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir".

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid özünün tviter hesabında yazıb.

"Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir", - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərar qəbul edib.

Turan ASLAN 

2
Vumart və Güvən reklamı Vumart Güvən