Azərbaycanda partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu - FOTO

 17:00 18.11.2022     216

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə Anar Əsədli özünün feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, bu gün Ankaraya səfər etməli imiş, lakin Daxili İşlər Nazirliyi (DİN) onun ölkədən çıxışına qadağa qoyub.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava limanında olduğunu bildirən Anar Əsədli məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

2