“Ermənistanın heç pulu da yoxdur ki, Hindistandan silah alsın” – Politoloq
“Pakistanla Azərbaycan arasında mehriban münasibət, Hindistanı Ermənistanla yaxınlaşdırır. Pakistanın uzun illərdir Kəşmir probleminə görə Hindistanla arasında ədavət var. Ən əsas məsələrdən biri də budur.. Azərbaycan təbii ki, bu məsələdə Pakistanın yanındadır. Pakistan Azərbaycanla müttəfiqdir. Və bu da Hindistanda Azərbaycana qarşı aqressiya yaradır.”
Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Əli Mustafa Hindistanın Ermənistana ağır silah satmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Hindistanla münasibətləri formalaşdıran əsas güclər Ermənistanın ağalarıdır:
“Həmin güc Hindistanın siyasətinə təsir edə bilir. Üstəlik mən düşünürəm ki, Ermənistanın o silahları almağa pulu da yoxdur. Çox güman ki, o pulu da həmin ağalar verəcək. Bu Ermənistana bir formada dəstəkdir. Eyni zamanda ola bilsin ki, Azərbaycana müəyyən qədər təzyiq etmək də var. Bu və digər formada Qafqazda çalışırlar ki, Türkiyənin güclənməsinə imkan verilməsin. Yəni Ermənistanla sanki Azərbaycanın qarşısını almağa çalışırlar. Burada güc mütənasibliyi yaratmaq istəyirlər. İstisna deyil ki, Hindistanın Rusiya ilə və İranla münasibətləri normaldır. Ola bilər ki, Ermənistanın himayə olunmasında Rusiyanın da gizli rolu var və Hindistanla razılaşıb ki, silahı versin. Çünki bu dəqiqə Rusiyanın ən çox neft satdığı ölkələrdən biri də Hindistandır. Əsas məsələ bir formada Ermənistanı danışıqlar masasında saxlaya bilməkdir.”
Həmidə İbrahimova












