"İsrail bizə dost ölkədir" - Deputat Cavanşir Paşazadə

 18:30 18.11.2022     509

Noyabrın 18-də Milli Məclis Azərbaycanın İsraildə açmasına razılıq verib.

Məlumata görə, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdəə yerləşəcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirdi ki, İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasındakı münasibətlərin daha geniş şəkildə davam etdirilməsinə zəmin yaradacaq.

“Bu gün Milli Məclisdə qanun layihəsi qəbul olundu. Nəticədə bir neçə ölkədə yeni səfirliklərimizin açılacaq. Məlum olduğu kimi, İsrail ilə bizim bəzi məsələlərdə müqavilələrimiz, birgə fəaliyyət göstərməmiz, bəzən hərbi sənayedə, həm də digər sahələrdə iş birliklərimiz var. Təbii ki, İsrail bizə dost ölkədir. Neçə illərdir - hələ ulu öndər Heydər Əliyevin vaxtında da bizim münasibətimiz çox geniş olub. Bu siyasət indi də davam etdirilir. Səfirliyin açılması ilə bu münasibətlər daha geniş şəkildə davam etdiriləcək”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI