"İran Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışır"

 14:19 19.11.2022     109

"Azərbaycanda İran təbliğatının, tərəfdar qruplarının və casus şəbəkəsinin fəaliyyəti getdikcə məhdudlaşdırılarkən, qonşu Gürcüstanda vəziyyət fərqlidir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti İranın dini təbliğatına sanki loyal yanaşır, bunun qarşısını almaq üçün gərəkli addımlar atmır.

"İranın müxtəlif fondları Gürcüstanda rahat fəaliyyət göstərir və azərbaycanlılar arasında təbliğatı gücləndirmək imkanına malikdirlər. İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar. Gürcüstan hakimiyyəti ya təhlükənin miqyasını anlamır, ya da ölkə müsəlmanları arasında məzhəb qarşıdurmasını gücləndirməklə proseslərə daha rahat nəzarət edəcəyini düşünür", - deyə E.Şahinoğlu bildirib.

Həmidə İbrahimova