"Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir" - Peskov

 22:24 23.11.2022     267

“Ermənistanın Baş naziri dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib”.

Redaktor.az "Rossiya-1" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən