Xovayev Bakıya sülh müqaviləsinə görə gedib - Zaxarova

 15:49 24.11.2022     130

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Bakıda səfərdədir.

Xovayev noyabrın 14-də İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb.

Redaktor.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, həmçinin xatırladıb ki, Xovaev Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır.

“Bu təmaslar zamanı sülh müqaviləsi problemləri də müzakirə olunur”, - Zaxarova vurğulayıb.

Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər məsələlər kimi, sülh sazişinin predmeti də çox çətin, həssas xarakter daşıyır:

“Biz konkret razılıq əldə etməzdən əvvəl tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun saymırıq”.