"Paşinyanla Əliyevin yaxın vaxtlarda Rusiyada görüşü planlaşdırılmır" - Peskov

 14:26 25.11.2022     123

Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyevin yaxın vaxtlarda Rusiyada görüşü planlaşdırılmır.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yaxın zamanlarda, xeyr”, - deyə Peskov müvafiq sualı cavablandırıb.

Eyni zamanda, mətbuat katibi vurğulayıb ki, Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması üzərində işi davam etdirir.

“Rusiya nəinki hazırdır, Rusiya daim vəziyyətin həllində və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün işini davam etdirəcəyini bəyan edir”, - Peskov Rusiyanın danışıqlar üçün öz platformasını təklif etməyə hazır olub-olmaması sualını şərh edərkən deyib.

T.İSMAYIL