Azay Quliyev fransalı deputatın cavabını verdi

 16:28 25.11.2022     370

Bu gün ATƏT PA-nın Varşavada keçirilən payız sessiyasında Fransa nümayəndə heyətinin üzvü Valerie Boyer Ermənistanı müdafiə edərək Azərbaycanın əleyhinə fikirlər səsləndirib.

Redaktor.az xəbər verir ki, bundan dərhal sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Fransa deputatına sərt cavab verib:  

“Mən böyük narahatlıq hissi ilə fransalı həmkarımın Azərbaycan haqqında dedikləri yalan və əsasız ittihamları dinlədim və bu ittihamların hamısını qətiyyətlə rədd edirəm. Fransa BMT TŞ daimi üzvü kimi öz öhdəliyini açıq şəkildə pozur və işğalçı Ermənistanı müdafiə edir. Bir tərəfli və qərəzli qətnamələr qəbul edən Fransa parlamenti və rəsmi Paris Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasında rol oynaya bilməz. Mən Fransadan soruşuram, niyə indiyə kimi Ermənistanın işğalına və müharibə cinayətlərinə göz yümdünüz? Sizin indiki siyasətiniz regionda sülhə və təhlükəsizlyə təhlükədi. Bu siyasətin Ermənistana  da xeyri olmayacaq.

Mən Fransanı ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etməyə, Azərbaycana qarşı qərəzli və düşmənçilik mövqeyindən çəkinməyə çağırıram”.

Daha sonra Fransa nümayəndə heyətinin üzvü təkrar söz almağa çalışsa da ona bu imkanı yaratmayıblar.