İlham Əliyev Ərdoğan və Berdıməhəmmədovla görüşəcək

 13:26 27.11.2022     623

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabr tarixində Türkiyədə səfərdə olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıq işləri müzakirə olunacaq. 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən