Deputat Vasif Talıbovu istefaya çağırdı: "Korrupsiyanın mərkəzi fiquru odur"

 14:04 28.11.2022     494

"Naxçıvandakı hadisələr göstərir ki, Vasif Talıbov könüllü istefa verməlidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk hesabında yazıb. O, hesab edir ki, Naxçıvan Muxtar Resbilikası Ali Məclisinin sədri Vasif Talıbov korrupsiyanın mərkəzində dayanır.

"Görsənir ki, korrupsiyanın mərkəzi fiquru odur... İndi süni avtoritetlərə yer yoxdur...", - deyə deputat bildirib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Naxçıvanın maliyyə naziri Rafael Əliyev 144 milyon mənimsəməkdə ittiham olunaraq həbs edilib. Ondan əvvəl isə Naxçıvan MR Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov 132 milyon mənimsəməkdə ittiham olunaraq həbs edilib.

T.İSMAYIL