“Jurnalistlər qonaq deyil” - Sahibə Qafarova

 16:55 29.11.2022     414

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Rüfət Quliyev toplantıya qatılan qonaqları salamladığını deyib. 

Redaktor.az xəbər verir ki, spiker Sahibə Qafarova deputata cavab olaraq, iclasda qonaqların iştirak etmədiyini bildirib.

“Rüfət bəy, bu gün iclasımızda qonaqlarımız yoxdur” - spiker söyləyib.

Deputat R.Quliyev qonaq qismində jurnalistləri nəzərdə tutduğunu bildirsə də, spiker jurnalistlərin qonaq olmadığını, media nümayəndələrinin səhərdən axşama qədər deputatlarla birgə işlədiyini diqqətə çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən