Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni qəbul etdi

 22:21 30.11.2022     558

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni qəbul edib.

Redaktor.az xəbər verir ki, ölkə parlamentinin aşağı palatasında “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sənəd yekdilliklə qəbul olunub.

256 deputat qətnamənin lehinə səs verib.

Qeyd edək ki, qətnamə layihəsinin həmmüəllifləri Makronun “Renessans” partiyasından olan deputatlar olub.