"Ermənilər də, azərbaycanlılar da nəzakətli insanlardır, amma..." - Lavrovdan AÇIQLAMA

 14:49 01.12.2022     424

Qərb Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan tərəfləri arasında əldə edilmiş razılaşmaları özəlləşdirməyə çalışır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İndi fransızlar, amerikalılar və bütövlükdə Avropa Birliyi vasitəçilik xidmətlərinə müdaxilə etməklə basdırdıqları Minsk qrupunu kompensasiya etməyə çalışırlar. Üstəlik, Rusiyanın iştirakı ilə tərəflərin əldə etdiyi razılaşmaları götürüb özəlləşdirməyə çalışırlar”, - deyə Lavrov Avropa məsələlərinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xüsusilə Brüsseldə delimitasiya üzrə komissiyanın iclası təşkil olunub. "Yaxşı, ermənilər də, azərbaycanlılar da nəzakətli insanlardır, ora gedirlər. Amma mənim üçün sadəcə Rusiya Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan delimitasiyanın necə müzakirə oluna biləcəyini təsəvvür etmək çətindir", - Rusiya xarici işlər naziri əlavə edib.

Lavrov bildirib ki, Rusiya Ermənistan və Azərbaycana sərhədin delimitasiyasına kömək edir, həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasına köməklik göstərəcək.

"Bununla paralel olaraq, digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün bəzi konvulsiv cəhdlərini müşahidə etdik. Bununla bağlı heç bir problem yaşamadıq. Rusiya ilə heç bir formatda heç bir yerdə əməkdaşlıq etməyəcəklərini bildirdilər. Bununla da onlar ATƏT-in Minsk qrupunun fəaliyyətini başa vurduqlarını elan etdilər”, - deyə nazir bildirib.

Lavrov qeyd edib ki, Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır.

"Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır" - deyən XİN rəhbəri əlavə edib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən