“Qarabağın işğalını görməzdən gəlirdilər” – Ərdoğan

 15:48 01.12.2022     328

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Patnos yolunun açılış mərasiminə canlı bağlantı vasitəsilə ilə qoşulub.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Qarabağın işğalından danışıb.

“Malazgirtdən bəri Anadoludakı varlığımızın hər günü bu vətəni bizə çox görənlərin hücumlarına qarşı mübarizə aparmışıq. Sərhədlərimizdən kənarda – azərbaycanlı qardaşlarımızın torpaqlarının işğalda saxlanılmasının görməzdən gəlinməsində də eyni anlayış var idi. Sinsi və riyakar tələləri yalnız birlikdə poza bilərik”, - deyə Türkiyə Prezidenti söyləyib.

Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən